Elizabet Adamuk Bakıda özünü 12-ci mərtəbədən atdı FOTOLAR

Elizabet Adamuk Bakıda özünü 12-ci mərtəbədən atdı


Böyük Britaniya vətəndaşı Elizabet Adamukunun intiharının təfərrüatları məlum olub.

Vesti.az saytına verilən məlumata görə, qadın özünü asmayıb, o, K.Rəhimov küçəsi, 12А ünvanındakı yaşayış binasının 12-ci mərtəbəsindən özünü atıb. İntiharın səbəblərinə gəldikdə isə ilkin istintaq zamanı ingilis qadının intiharı şəxsi problemlərə görə etdiyi məlum olub. Elizabetin Almaniya vətəndaşı və "Port-Baku" şirkətinin işçisi olan həyat yoldaşı hamilə olan arvadının körpəsini düşürdüyünü deyib. Onun sözlərinə görə, bu, uzun illər boyu gözlənilən körpə idi. Qadın bətnindəki körpəsinin tələf olmasına dözə bilməyib və dərddən intihar edib.

* * * 10:32

Bakıda Böyük Britaniya vətəndaşı olan qadın intihar edib. Bu barədə “Report”a Nərimanov Rayon Prokurorluğundan məlumat verilib. Belə ki, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsindəki mənzildə kirayə yaşayan 39 yaşlı Elizabet Adamuku elə oradaca özünü asıb.

Faktla bağlı araşdırma aparılır.


Elizabet Adamuk Bakıda özünü 12-ci mərtəbədən atdı



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
371 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...