YAP-ın namizədlər siyahısı ilə bağlı müəmma

YAP-ın namizədlər siyahısı ilə bağlı müəmma


Hakim Yeni Azərbaycan Partiyasının (YAP) bu ilin noyabrında keçiriləcək parlament seçkilərində iştirak edəcək namizədlərinin siyahısı hazırdır.

Bu barədə AzVision.az-a açıqlamasında partiyanın mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev bildirib. H. Paşayev YAP-ın deputatlığa namizədlərinin siyahısının prezident İlham Əliyevin sərəncamından sonra elan olunacağını diqqətə çatdırıb.

“Bəzi KİV-lər bizə istinad etmədən məlumat yayırlar ki, YAP bu gün namizədlərinin siyahısını açıqlayacaq. Bu məlumatlar həqiqəti əks etdirmir. Onlar münəccimliklə məşğuldurlar. YAP deputatlığa namizədlərinin siyahısını Azərbaycan Prezidenti İlham Əliyevin V çağırış Milli Məclisə seçkilərin hazırlanması və keçirilməsi ilə bağlı sərəncamından sonra açıqlayacaq və bundan sonra seçki kampaniyasına rəsmi start verəcək”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
641 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...