BNA bir gündə 3500-dən çox sürücünü cərimələdi - FOTOLAR

BNA bir gündə 3500-dən çox sürücünü cərimələdi -


İnsan faktoru olmadan avtomatik rejimdə fəaliyyət göstərən sistem vasitəsilə son 24 saat ərzində dayanma və durma qaydasının pozulması ilə bağlı 3500-dən artıq fakt aşkar olunub.

Bu barədə virtualaz.org-a Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, artıq Azərbaycan, Xocalı, Azadlıq, Bülbül, Mətbuat, Q.Qarayev, H.Cavid prospektlərində, həmçinin A.M.Şərifzadə, A.Nemətulla, B.Vahabzadə, K.Rəhimov, R.Behbudov, S.Vurğun, 28 May və Ş.Qurbanov küçələrində qanunsuz parklanmaya intellektual nəzarət sisteminin kameraları vasitəsi ilə dayanma və durma qaydalarının pozulması halları qeydə alınır. Qeydə alınan qayda pozuntuları ilə bağlı avtonəqliyyat vasitəsi sahibləri barədə inzibati protokol tərtib edilib.

Sistemin əhatə dairəsinin genişləndirilməsi üçün paytaxtın digər küçə və prospektlərində, xüsusən də hərəkətin intensiv olduğu, eyni zamanda, günün pik saatlarında sıxlıq müşahidə edilən yollarında da kameraların quraşdırılması ilə bağlı tədbirlər davam etdirilir.

BNA-dan həmçinin bildirilib ki, qanunsuz parklanmaya intellektual nəzarət sisteminin əsas komponenti olan kameralar vasitəsi ilə əldə edilən məlumatların, dövlət başçısının müvafiq fərmanında qeyd edildiyi kimi, mərkəzi informasiya sisteminə inteqrasiyası da təmin edilib. Sürücülərə parklanma zamanı daha diqqətli olmaq, nəqliyyat vasitələrini qeyri-qanuni yerlərdə park etməmək, digər hərəkət iştirakçılarına qarşı anlayışlı və son dərəcə diqqətli olmaq tövsiyə edilir.

BNA bir gündə 3500-dən çox sürücünü cərimələdi -
BNA bir gündə 3500-dən çox sürücünü cərimələdi -
BNA bir gündə 3500-dən çox sürücünü cərimələdi -
BNA bir gündə 3500-dən çox sürücünü cərimələdi -
BNA bir gündə 3500-dən çox sürücünü cərimələdi -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
264 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...