Bayraq Meydanının həbsdəki keçmiş rəisi ittihamlarla razılaşıb

Bayraq Meydanının həbsdəki keçmiş rəisi ittihamlarla razılaşıb


Bayraq Meydanının həbsdəki keçmiş rəisi: "ziyanı ödəyəcəm..."İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq təcridxanasında saxlanılan Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi, “Azİmport” şirkətinin sahibi Rəşad Məmmədovla görüşüb

Bu barədə AzVision.az - a E.Behbudov özü məlumat verib.

O, bildirib ki, Rəşad Məmmədov ona qarşı irəli sürülən ittihamlarla razılaşıb:

“Mən və müavinim Elçin Şirinov MTN-nin İstintaq Təcridaxanasında monitorinq keçirdik. Orada saxlanılan Rəşad Məmmədov mənə bildirdi ki, günahkardır. Məhkəmə zamanı dəyən ziyanın ödənilməsinə çalışacaq ki, cəzası bir az yüngülləşsin. Saxlanma şəraitindən razıdır. Heç bir şikayəti yoxdur”.

Qeyd edək ki, R.Məmmədov prezident İlham Əliyevin mayın 4-də imzaladığı sərəncamla vəzifəsindən azad olunub. Ona qarşı Cinayət Məcəlləsinin 178 (dələduzluq) və 178.2.3-cü maddələri ilə ittiham irəli sürülüb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
260 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...