Ermənistanda sentyabrın 1-dən yeni etiraz aksiyaları başlayacaq

Ermənistanda sentyabrın 1-dən yeni etiraz aksiyaları başlayacaq


Ermənistanda "Talana yox" Təşəbbüs Qrupunun etiraz aksiyası sentyabrın 1-də yenidən başlayacaq. "Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu qrupun üzvü Artuş Çibuxçiyan bildirib. Məlumata görə, aksiya sentyabrın 1-də yerli vaxtla saat 16-da Gənclər parkında başlayacaq. O qeyd edib ki, aksiyalar müvəqqəti olaraq, dayandırılmışdı: "Ermənistan Elektrik Şəbəkəsi"ndəki yoxlamaların nəticəsini gözləyirdik. Növbəti dəfə aldadıldığımızı gördük. Tələblərimizn heç biri yerinə yetirilmədiyindən bu dəfə dayanmayacağıq, istəklərimiz təmin olunanadək aksiya keçirəcəyik". Xatırladaq ki, iyulun 1-dən etibarən Ermənistanda eklektrik enerjisinin bahalaşmasına qarşı etiraz aksiyaları keçirilib.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
296 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...