İsgəndər Xəlilovun qardaşının villasında narkotiklə tutulan aşpaza hökm oxundu

İsgəndər Xəlilovun qardaşının villasında narkotiklə tutulan aşpaza hökm oxundu


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunan Habil Əsgərovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, məhkəməyə hakim Cavid Hüseynov sədrlik edib. Prosesdə hökm oxunub. Hökmə görə, Habil Əsgərov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Xatıdladaq ki, Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şüvəlan qəsəbə sakini Habil Əsgərovun yaşadığl evin həyətindən ümumi çəkisi 35 qram olan 22 ədəd çətənə kolu, evdən isə 5 kiloqram 167 qram marixuana aşkar edilərək götürülüb. Qeyd edək ki, polislərin narkotik vasitələri tapdıqları həyət evi H.Əsgərovun özünə məxsus deyil. Saxlanılan şəxs həmin evdə qarovulçu işləyib. Mənzil sahiblərinin evə gec-gec gəlməsindən istifadə edən H.Əsgərov həyətdə narkotik vasitələr əkib-becərib.

Narkotik vasitələrin əkildiyi mülk məşhur azərbaycanlı milyarder İsgəndər Xəlilovun qardaşı Ramiz Xəlilova məxsusdur. Saxlanılan H.Əsgərov R.Xəlilovun evində qarovulçu işləməzdən əvvəl Xəlilov qardaşlarının sahibi olduğu Bakı Əyləncə Mərkəzində aşpaz kimi çalışıb.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
302 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...