Bu asteroid Yerlə toqquşacaq – Alimlərdən xəbərdarlıq

Bu asteroid Yerlə toqquşacaq –

2004-cü ildə aşkar edilən Apofis asteroidi 2068-ci ildə yerlə toqquşa bilər.

Axar.az xəbər verir ki, bu barədə Rusiyanın Sankt-Peterburq Universitetinin alimləri bildirib.

Məlumata görə, 2029-cu ildə sözügedən asteroid planetimizə yaxınlaşaraq, Yerlə Ay arasındakı məsafədən 10 dəfə az məsafədən keçəcək. Bu yaxınlaşmadan sonra növbəti dəfə Yerin yaxınlığından keçərkən asteroidin planetimizlə toqquşma ehtimalı artır. Belə ki, alimlərin hesablamalarına görə, asteroid həmçinin 2044, 2051 və 2060-cı illərdə də Yerə yaxınlaşacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
180 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...