Parkinq qiymətləri müəyyənləşməyib - RƏSMİ

Parkinq qiymətləri müəyyənləşməyib -

"Bakı Nəqliyyat Agentliyi tərəfindən aparılan araşdırılmalarda şəhər mərkəzində 10 minə yaxın yerüstü parkinq müəyyənləşib".

Modern.az-ın məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə heyətinin sədri Vüsal Kərimli bu gün keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, hazırda 480 yerüstü parkinq rəsmiləşdirilib:

"Digər rəsmiləsdirmələr üçün Bakı Şəhər İcra Hakimiyyətilə Dövlət Yol Polisi İdarəsilə danışıqlar gedir".

Qurum rəsmisi bildirib ki, hələlik parkinq qiymətləri müəyyənləşməyib:

"Bizim tərəfimizdən Nazirlər Kabinetinə təkliflər verilib. Burada Bakınin mərkəzindəki parkinqlərlə şəhər kənarındakı parkinqlərdə qiymətlər eyni olmayacaq. Eyni zamanda, gecə saatlarında parkinqlərin ödənişsiz olması nəzərdə tutulub. Gündüz saatlarda parkinqlər 2 saatdan sonra ödənişli olacaq. Hələlik yeraltı parkinqlərin də təhvil-təslimi davam edir.

Təbii olaraq qiymətlərə baxılacaq. Çünki əvvəlki qirumun müəyyən etdiyi qiymətləri saxlaya bilmərik. Bəziləri sosial şəbəkələrdə bildirir ki, parkinq qiymətləri bahalaşıb. Hələlik qiymətlər təsdiqlənməyib. Amma 1 ay üçün avtomobil üçün 30 manatlıq ödəniş iqtisadi cəhətdən olduqca səmərəsizdir".

V. Kərimli bildirib ki, hazırda Bakıda yerüstü parklanmalardan yığılan pulların Bakı Nəqliyyat Agentliyinə heç bir aidiyyəti yoxdur: "Həmin parkalanmalardan yığılan pullar qeyri-qanunidir. Bundan bizim xəbərimiz yoxdur. Biz Nazirlər Kabineti parkinq qiymətlərini təstiqləyəndən sonra yeni qiymətlər tətbiq edərək parklanmalara nəzarət edəcəyik".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
236 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...