Türkiyədə kredit böhranı: 1,2 milyon müflis oldu

Türkiyədə kredit böhranı:

Türkiyədə istehlak krediti və kredit kartı borcunu ödəyə bilməyənlərin sayı 1.284.261 nəfərə çatıb.

Axar.az xəbər verir ki, bu məlumat Türkiyə Prezidenti yanında Strateji və Büdcə İdarəsinin hesabatında yer alıb. Hesabat keçən ilin yanvar-noyabr aylarını əhatələyib. İdarənin hesabatına əsasən, 11 ay ərzində bu borcu ödəməyənlərin sayı 68419 nəfər artaraq 137391 nəfərdən 826899 nəfərə, kredit kartı borcunu ödəməyənlərin sayı isə 76 mindən 744865 nəfərə yüksəlib.

Hesabatda həmçinin istehlak kreditlərini ödəyə bilməyəcək vəziyyətə gələnlərin sayının 2,227 milyon nəfərə çatdığı vurğulanıb.

Kredit kartlarıyla bağlı analoji vəziyyət də müşahidə olunub. Burada kredit kartı borclarını ödəyə bilməyəcək səviyyəyə gələnlərin sayı 2,408 milyon nəfər təşkil edib.

Türkiyədə istehlak kreditləri keçən ilin yanvarından iyuluna qədər olan dönəmdə 421,5 milyard lirəyə yüksəlib. Avqust ayında lirənin kəskin ucuzlaşmasından sonra istehlakçılar xərclərini azaldıb, kreditlərini azaltmağa başlayıblar. Belə ki, bunun nəticəsində istehlakçıların kreditləri bu ilin yanvarına qədər 398,4 milyard lirə təşkil edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
298 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...