Məhkəmə Mübariz İbrahimovu tənqid edən psixoloqa bəraət verdi

Məhkəmə Mübariz İbrahimovu tənqid edən psixoloqa

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov barədə səsləndirdiyi fikirlərə görə Xətai rayon məhkəməsi psixoloq Nərmin Şahmarzadəyə bəraət hökmü verib.

Unikal.org-un əldə etdiyi məlumata görə, hakim Bəxtiyar Məmmədovun sədrliyi ilə keçirilən məhkəmədə psixoloq Nərmin Şahmarzadənin təqsiri sübuta yetirilməyib. Buna görə də Xətai Rayon Məhkəməsinin qərarı ilə onun barəsində bəraət hökmü çıxarılıb.

Nərmin Şahmarzadə barədə məhkəməyə şikayət edən vəkil Ramil Rüstəmov və Fövqəladə Hallar Nazirliyinin mayoru Araz Musayev qərardan narazı qalıb.

Məsələ ilə bağlı Unikal.org-a müraciət edən Araz Musayev qərardan narazı qaldıqları üçün Bakı Apelyasiya Məhkəməsinə müraciət edəcəklərini bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
243 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...