Trampın Çin strategiyası açıqlandı - Əsas hədəf

Trampın Çin strategiyası açıqlandı -

ABŞ Prezidenti Donald Tramp Çinə münasibətdə öz sərt mövqeyindən imtina etməyə hazırlaşmır.

Axar.az xəbər verir ki, bu məlumatı “Röyter” agentliyi ABŞ Prezidentinin müşavirlərinə istinadən yayıb. Rəsmi Vaşinqton hələ də Çin məsələsində onu narahat edən problemlərin həll edilmədiyini bildirib. Məlumata görə, Tramp administrasiyası təkcə ticarət disbalasının ortadan qaldırılması yox, ümumilikdə Çin iqtisadiyyatının strukturu ilə bağlı dərin məsələlərin həllinə də diqqətini yönəldib.

Agentliyə danışan Ağ Evin Milli İqtisad Şurasının rəhbəri Lourens Kadlou Tramp üçün hazırda əsas prioritetin Çinin intellektual mülkiyyət oğurluğunun qarşısını almaqdan ibarət olduğunu deyib. Onun fikrincə, Asiya ölkəsinin rəhbərliyi Qərb şirkətlərinin Çinə girişinə əsas şərt kimi xarici investorların öz texnologiyalarından çinli tərəfdaşlarına istifadə haqqını qoyur ki, bu da problemlər yaradır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
210 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...