Azərbaycanda dini sektaları kim himayə edir? - PROBLEM

Azərbaycanda dini sektaları kim himayə edir? -

Evlərə, bloklara həyasızcasına soxulan “Yəhova şahidləri”nin təbliğatçılarına söz deyən yoxdur. Xalq kor deyil, hamı görür ki, adamaoxşamaz vəhabilər özlərini şəhərdə ağa kimi aparırlar. Türk-islam dünyasının bu mənfur düşmənləri heç bir ölkədə özlərini bizdəki kimi belə sərbəst aparmağa cürət eləmirlər...

Bunlar o qədər azğınlaşıblar ki, əhalisinin əksəriyyəti şiə məzhəbli olan ölkədə “biz şiələrin axırına çıxacayıq!” hədəsini hər yerdə səsləndirirlər, qorxmurlar. Təəccüblü deyil, pul onlarda, dargözlük, hərislik, pulgirlik arsızlıq bizdə

Neçə illərdir ki, ölkənin dini və ideoloji təhlükəsizliyi məsələlərinə aid məqalələr yazmışam. Özümü hamıdan ağıllı, savadlı hesab etməmişəm, sadəcə olaraq başları ancaq “savab” əməllərə qarışmış tüfeyli ideoloqların, pulgir məmurların və konfromist ziyalıların sürüsünə qatılmağı özümə rəva görməmişəm.

Bu güruhla nə danışasan? Qədim bir ölkənin yarısı düşmən əlində, vaxtilə milli, dini təəsübkeşliyi ilə ad çıxarmış Bakı əcnəbi lotuların cövlangahına dönüb, təhsil, səhiyyə bərbad gündə, bacaran xaricə üz tutur, haqq söz danışanın başına it oyunu açırlar, onun tükü də tərpənmir. Erməni nasistləri Qarabağ gözəllərini cariyə kimi Yaxın Şərq ölkələrinin sutenyorlarına satanda Bakıda “gözəllik”, göbək rəqsi müsabiqələrinin keçirilməsinə qarşı etiraz səsini qaldırmayan ziyalı, məmur zümrəsinin sifətinə tüpürüm.

O gün qəzetdən öyrənirəm ki, “Din və ideoloji təhlükəsizlik” mövzusunda tədbir keçirilib. Bu şoqərib tədbir sözünü eşidəndə başımdan tüstü qalxır. Dağılmışda nə qədər tədbir keçirərlər? Ssenari hər yerdə birdir, hamının qulağını dəng etmiş eyni sözlər, bica yerə söz güləşdirmək və Prezidentin şəninə əttökən mədhiyyəbazlıq vəssalam.

Tənbəllik eləməyib nitq irad etmiş iki zatın gül dəhanlarından cari olmuş sözləri oxudum. Ağalardan biri Dini qurumlarla iş üzrə dövlət komitəsinin sədr müavini Səyavuş Heydərov, digəri də Azərbaycan Prezident Adminstrasiyasının millətlərarası münasibətlər, multikultiralizm və dini məsələlər şöbəsinin əməkdaşı Pənah Cahangirovdur (Pah atonnan, bu uzunluqda da ad olar?).

Mən daimüləzab, ağaların fərmaişi ilə tanış oldum. Maşallah, hər kəlmə hikmətdir, istəyirəm onları birdə qələmə alım, qoy camaat oxusun. Axı niyə rəiyyət bibəhrə qalmalıdır?

“Milli mənəvi dəyərlərimizi qorumalıyıq və məzhəbçilikdən uzaq durmalıyıq....” (Mən biçarənin şərhi, bu sözləri otuz ildir ki, eşidirik. Milli dəyər qalıb ki? Olan-qalan dəyərləri məhz müstəqillik qazanandan sonra itirdik)

“Baş yarmaq, sinə döymək və digər xurafatın hərəkətləri islama ziddir. Belə elementlər (??) inkişaf etdikcə ənənəvi islam zəifləyir. Ənənəvi islamın zəifləməsinə qütbləşmə də səbəb olur. Görürük ki, vəhabilərin öz aptekləri, ət dükanları var. Ət almaq üçün Yasamala gəlirlər. Bu artıq təbəqələşmə deməkdir.”

Səyavuş müəllim mərdi-mərdanə deyə bilər ki, onun işlədiyi komitə nə qədər sektanı, icmanı, qurumu qeydiyyatdan keçirib? Ən avam adam da bilir ki, onların içində millətimizə, dövlətimizə qənim kəsilmiş qüvvələr var. Özü də fikir verin, paradoksal vəziyyət yaranıb, dünyanın hansı yerində görünüb ki, məğlubiyyətlə üzləşmiş, korrupsiyanın, rüşvətxorluğun tüğyan etdiyi ölkədə onlarla şübhəli sekta, missioner qeydiyyatdan keçir.

Neçə ildir yaşadığım məhəllədə “Yəhova şahidləri”nin qərargahı fəaliyyət göstərir, qadınların, uşaqların bura axınla gəldiyini görürük. Neçə ildir bu mənfur qurumun təbliğatçıları həyasızlıqla evlərə soxulurlar, yolda insanları saxlayıb dilə tuturlar, müxtəlif buklet və kitablar paylayırlar. Cənab Heydərov, cənab Cahangirov, təmsil etdiyiniz aparat ölkədə ideoloji işi çoxdan güdaza verib. Telekanallara fikir verin, o adam yoxdur ki, söhbət düşəndə, mən bizim televizora baxmıram, deməsin. Mən hələ camaatın “teleideoloqlar” , “teleməddahlar” barəsində nələr dediyini yazmıram.

Deyirsiniz ki, “ənənəvi islam zəifləyir”, ənənəvi islamı zəiflədən, onu küncə sıxışdırıb, xadimlərinin ağızlarını yuman sizsiniz. Yas yerlərində din xadimlərimiz hürkə-hürkə, qorxa-qorxa otururlar, iqtidar senzorları onların gözlərinin odlarını elə alıb ki, vacib ayinləri də “basma qəlfə” icra edirlər. Evlərə, bloklara həyasızcasına soxulan “Yəhova şahidləri”nin təbliğatçılarına söz deyən yoxdur. Xalq kor deyil, hamı görür ki, adamaoxşamaz vəhabilər özlərini şəhərdə ağa kimi aparırlar. Türk-islam dünyasının bu mənfur düşmənləri heç bir ölkədə özlərini bizdəki kimi belə sərbəst aparmağa cürət eləmirlər.. Bunlar o qədər azğınlaşıblar ki, əhalisinin əksəriyyəti şiə məzhəbli olan ölkədə “biz şiələrin axırına çıxacayıq!” hədəsini hər yerdə səsləndirirlər, qorxmurlar. Təəccüblü deyil, pul onlarda, dargözlük, hərislik, pulgirlik arsızlıq bizdə.

Hələ indiyə qədər görmədim və eşitmədim ki, bizim adlı-sanlı, titullu ziyalı ləşkərindən bir nəfər, mason-keşiş dünyasına pərdə arxasında nökərlik edən, neftdən gələn astronomik məbləğləri anqlo-saks – sionist alyansının banklarına ötürən vəhabi lotularının əməllərini ifşa etsin. Qorxudan heç kim danışmır! Vəhabilərdən yox, onlara himayədarlıq edib, rüşvət müqabilində ölkəyə buraxanlardan, “onlara toxunmayın” əmrini verən vəzifəli rezidentlərdən çəkinirlər. Bu dəqiqənin özündə millətin mənəvi aləminə, dininə, imanına “Yəhova şahidləri”qədər ziyan vuran ikinci qüvvə yoxdur. Bunların mərasimlərinə, yığıncaqlarına qadınlar balaca uşaqlarını da aparırlar. Heç kim dillənmir! Qarşımda on yeddi il bundan əvvəl qəzetdə verilmiş bir məlumat var: “Reytinq” qəzeti №36, 15 sentyabr 2002-ci il . “Yəhova şahidləri” icmasının sədri Leonid Moroz bildirir ki, Heydər Əliyev ABŞ-da olanda belə deyib, buyurub missionerlər Azərbaycana gəlsinlər və işləsinlər. Qoy onlar öz əqidələrini yaysınlar”. Əksər ölkələrdən qovulmuş, fəaliyyəti ciddi surətdə qadağan olunmuş bu mənfur sekta Azərbaycana belə soxula bilib. Bəlkə bizim ideoloqlar bunu təkzib etsinlər? Heydər Əliyevin bu sözlərini üzlərinə sipər kimi tutmuş ziyanavərlərə daha söz demək mümkün deyil. Gedin yoxlayın! Cənab Cahangirovun bu sözlərinə bir balaca şərh verməsəm, olmayacaq: “Dövlət dinlə mübarizə aparmır!.... Radikalizmə yoluxanlar əsasən gənclərdir. Bu “yoluxucu” xəstəliyə qarşı ən yaxşı peyvənd təhsildir. Təhsil ən gözəl preventiv addımdır.”

Söhbət hansı təhsildən gedir? Çıxın küçəyə bir balaca sorğu keçirin əgər bir nəfər “bizdə təhsil qənaətbəxş səviyyədədir” desə, adımı dəyişərəm. O ki qaldı mübarizə məsələsinə, bizim bivec, çörək dərdi çəkməyən ideoloqlarımızı heç vaxt millətimizin dininə, mənəvi aləminə, adət-ənənəsinə qarşı açıqdan açığa cəbhə açan vəhabilərin üzərinə getməyə cürət etməyiblər. Yenə də deyirəm, Şuşanın satılmasına biganə qalan xalq da bu son illərdə mənən elə sınıb ki, bəlanın artıq evin içinə girdiyini görmür.

Ölkədə vəhabilərin aptek və dükanlarının açılması onu sübut etdi ki, bizim gülməşəkər ideoloqlar, məddahlıqla rəyasətə çatanlar heç nəyə qadir deyillər. İtalyanlar demişkən bu artıq fiaskodur, ağalar!

Vacib bir ricət!

(Ardı var)\\hurriyyet.org\\



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
311 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...