Milli Məclis 27 məsələyə görə iclas ÇAĞIRDI

Milli Məclis 27 məsələyə görə iclas

Milli Məclisin fevralın 19-da keçiriləcək plenar iclasının gündəliyi müəyyənləşib. Modern.az-ın məlumatına görə, iclasın gündəliyinə 27 məsələ daxil edilib.

Bunlar aşağıdakılardır:

1. Milli Məclisin Gənclər və idman komitəsinin tərkibində dəyişiklik edilməsi haqqında;

2. “Kitabxana işi haqqında” qanun layihəsi (III oxunuş);

3. Əmək Məcəlləsinə dəyişiklik;

4. “Dövlət rüsumu haqqında” qanun layihəsi (III oxunuş);

5. “Patent haqqında” qanun layihəsi (III oxunuş);

6. "Üzümçülük və şərabçılıq haqqında” qanuna dəyişiklik;

7. "Azərbaycan Respublikasında Dövlət dili haqqında” qanuna dəyişiklik;

8. Cəzaların İcrası Məcəlləsinə dəyişiklik;

9. İnzibati Xətalar Məcəlləsinə dəyişiklik;

10. “Milli Məclisin komitələri haqqında” qanun layihəsi (IIIoxunuşda);

11. “Azərbaycan Respublikasının Dövlət Gerbinin istifadə qaydası haqqında” qanun layihəsi (IIIoxunuşda);

12. “Azərbaycan Respublikasının Dövlət Himninin istifadə qaydası haqqında” qanun layihəsi (III oxunuşda);

13. “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanun layihəsi (II oxunuşda);

14. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanun layihəsi (II oxunuşda);

15. “Gənclər siyasəti haqqında” qanun layihəsi (II oxunuşda);

16. “Reklam haqqında” (II oxunuşda);

17. Əmək Məcəlləsinə dəyişiklik;

18. “Kitabxana işi haqqında” qanun layihəsi (II oxunuşda);

19. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanun layihəsi (I oxunuşda);

20. İnzibati Xətalar məcəlləsinə dəyişiklik;

21. “Ümumi təhsil haqqında” qanun layihəsi (II oxunuşda);

22. “Telekommunikasiya haqqında” qanun layihəsi (I oxunuşda);

23. Cinayət Məcəlləsinə dəyişiklik;

24. Mülki Prosessual Məcəlləsinə dəyişiklik;

25. “İpotekaq haqqında” qanun layihəsi (I oxunuşda);

26. “Əmanətlərin tam sığortalanması haqqında” qanuna dəyişiklik;

27. “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
334 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...