“Putin Ərdoğana etibar edir” - Rəsmi Kreml

“Putin Ərdoğana etibar edir” -

“Rusiya və Türkiyə prezidentləri Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan arasında mövcud münasibəti yaxşı kimi dəyərləndirmək olar”.

“Qafqazinfo”nun rus mətbuatına istinadən verdiyi xəbərə görə, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Peskov tərəflərin bir-birini çox yaxşı başa düşdüklərini, Ərdoğanın Putinin etibar etdiyi prezidentlərdən biri olduğunu vurğulayıb.

Xatırladaq ki, ötən həftə Soçi şəhərində V. Putinlə R. T. Ərdoğan arasında görüş baş tutub. Görüşdə Suriyadakı vəziyyət müzakirə edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
189 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...