Qarabağ qaziləri narazıdır - Məhəmmədəli Hacıyev iğtişaş yaradır, yalan danışır

Qarabağ qaziləri narazıdır -

Bir neçə gündür ki, bəzi sosial şəbəkələrdə və xaricdən maliyyələşən tv-lərdə özünü Qarabağ Qazisi kimi təqdim edən Məhəmmədəli Hacıyevlə bağlı sujetlər yer alır. Gundeminfo.az xəbər verir ki, meydan tv adlı internet kanalında yayımlanan videoda öz avtomobilinə od vurmağa cəhd edib. Buna səbəb isə Nərimanov rayonu ərazisində pilot layihə çərçivəsində inşa edilən binaların ərazisində ona məxsus olan mənzili obyekt kimi təqdim edib. Lakin Real TV-ninapardığı araşdırmalar zamanı bəlli olub ki, əslində M.Hacıyevin təqdim etdiyi sənədlər başqa bir şəxsin adınadır və cəmi 54 kvadrat metr olan sənədlə göstərilən ərazi yaşayış evidir.

Reportajda qeyd edilir ki, adıçəkilən şəxs Bakı Müharibə və Əlil Veteranlar Bilriyinin adından da öz mənafeyi üçün istifadə edib. Bununla bağlı olaraq İctimai Birliyin sədr müavini Məhərrəm İsmayılov bildirib ki, Qarabağ əlili olmayan bir şəxsin cəmiyyət adından istifadəsi ciddi narazılıq doğurub. Bundan sonra isə İB-in üzvləri M.Hacıyevlə tikinti şirkətinin rəhbərliyi arasında danışıqlar aparıblar. Qarabağ qazisi Firudin Məmmədov məsələ ilə bağlı bildirib ki, M.Hacıyevin səsləndirdiyi narazılıqlarla bağlı olaraq tikintini həyata keçirən şirkətin rəhbərliyi ilə görüşüblər. Məhəmmədəli Hacıyevə kifayət qədər yüksək məbləğdə pul təklif edildiyini və təklifin ədalətli olduğunu deyən F.Məmmədov daha sonra deyib ki, bundan sonra etiraz edən Hacıyevə sonuncu dəfə cəmiyyət adından istifadə etməməyi məsləhət görüblər.

Gundeminfo.az həmin videoreportajı təqdim edir:




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
450 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...