Rusiyadan sensasion Venesuela açıqlaması

Rusiyadan sensasion Venesuela açıqlaması

ABŞ xüsusi təyinatlılarını və zirehli texnikasını Venesuelanın yaxınlığına yerləşdirir.

Axar.az xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova açıqlama verib.

“Vaşinqton tərəfindən təxribat hazırlığı aparılır. Bu proses hərb elminin bütün qanunlarına uyğun şəkildədir”, - Zaxarova bildirib.

Xanım diplomatın sözlərinə görə, ABŞ və NATO Venesuela müxalifətinə silah ötürməyə hazırlaşır.

“Böyük həcmdə silah və hərbi sursatın Şərqi Avropa ölkələrindən birindən alınması planlaşdırılır”, - Zaxarova qeyd edib.

Zaxarovanın fikrincə, burda söhbət irikalibrli pulemyotlar, qumbaraatan və daşınabilən zenit-raket komplekslərindən gedir. Silahların Venesuelaya mart ayının əvvəlində qonşu ölkələrdən birinin ərazisindən beynəlxalq yükdaşıma şirkətlərinin nəqliyyat təyyarələrinin iştirakı ilə keçirilməsi planlaşdırılır.

Rus diplomatın sözlərinə görə, əməliyyata həmçinin Ukraynanın “Antonov” şirkəti də cəlb olunacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
293 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...