Birgə Qrupun əfv siyahısındakı şəxslərin sayı məlum oldu

Birgə Qrupun əfv siyahısındakı şəxslərin sayı məlum oldu

İnsan Hüquqları üzrə Birgə Qrupun hazırladığı əfv siyahısında 54 nəfər məhbusun adı var.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Birgə Qrupun əfv siyahısına Əfv məsələləri üzrə Dövlət Komissiyasının iclaslarında baxılıb. Sözügedən siyahı ölkə başçısına da təqdim olunacaq. Siyahıda sözügedən qrupun siyasi məhbus hesab etdiyi bir qrup şəxsin də adı var.

Qeyd edək ki, prezident İlham Əliyevin Novruz bayramı ərəfəsində əfv sərəncamı imzalayacağı gözlənilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
264 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...