“Rusiya “Şimal axını-2” ilə bağlı çox ciddi problemlər yaşayacaq” - TƏHLİL

“Rusiya “Şimal axını-2” ilə bağlı çox ciddi problemlər yaşayacaq” -

Avropa Parlamenti Strasburqda plenar sessiya zamanı Avropa İttifaqı və Rusiya arasında siyasi münasibətlər barədə qətnamə qəbul edib. Qətnaməyə əsasən, “Şimal axını 2” layihəsinin icrası dayandırılır. Bundan başqa, Moskva Avropa İttifaqının strateji tərəfdaşı hesab olunmur.

Qətnamənin lehinə 402 deputat, əleyhinə 163 deputat səs verib.

Sənəddə vurğulanır ki, "Şimal axını 2" layihəsi Avropa İttifaqının Rusiya qazının tədarükündən asılılığını gücləndirir və Aİ-nin enerji siyasətinə cavab vermir.

Qeyd edək ki, "Şimal axını - 2" qaz boru kəməri Baltik dənizindən keçməklə Rusiya qazının Almaniyaya tədarükünü nəzərdə tutur.

Onu da nəzərə çatdıraq ki, Rusiya 2017-ci aprelin 25-də Avropanın 5 enerji şirkəti-"Shell", "Engie", "OMV", "Uniper" və "Wintershall"la “Şimal axını 2” layihəsinin maliyyələşdirilməsini nəzərdə tutan müqavilə imzalayıb. Müqaviləyə görə, həmin beş Avropa şirkətindən hər biri “Şimal axını 2” boru kəmərinin maliyyələşdirilməsinə 950 milyon avro sərf edəcək.

“Ola bilər ki, bu qərarın yerinə yetirilməsində müəyyən problemlər yaşansın”

Avropa Parlamentinin Rusiya ilə münasibətləri gərginləşdirəcək qəbul etidiyi qətnamə ilə bağlı iqtisadçı Natiq Cəfərli “Hürriyyət”ə dedi ki, Avropa Parlamentinin qərarı tövsiyyə xarakteri daşıyır: “Yəni tövsiyyə edilir ki, bu işlər dayandırılısın və qərara görə dövlətlərarası münasibətlər tənzimlənsin. Amma bu, birdəfəlik məsələnin həlli demək deyil. Çox güman ki, danışıqlar davam edəcək. Çünki “Şimal axını-2” nin ən böyük tərəfdarı Avropada Almaniyadır. Almaniya dövləti və şirkətləri də burada çox maraqlıdır. Ona görə ki, bu boru xətti Almaniya ərazindən Avropaya daxil olacaq, bu da Almaniyaya böyük üstünlüklər gətirir. Avropa ölkələrinə buradan qaz paylanacaq. Almaniyanın burada həm daha ucuz qaz alma imkanları var, həm də tranzit xərclərindən qazanacaq. Çünki şirkətləri həmin layihədə əsas operatordur. Almaniayanın da Avropa Birliyində ciddi nüfuzunun olduğunu nəzərə alsaq, ola bilər ki, bu qərarın yerinə yetirilməsində müəyyən problemlər yaşansın”.

“Rusiya qazından bu qədər asılılıq Avropa ölkələrini narahat edir”

“Avropa Parlamentinin bu addımı atmasını səbəbi odur ki, Rusiya Avropa məkanının 1/3-ni qazla təmin edir. Yəni Avropanın istehlakı 500 milyard kubmetrdir, onun təqribən 150-160 milyardını Rusiya verir. Rusiya qazından bu qədər asılılıq Avropa ölkələrini narahat edir. Çünki Rusiya zaman-zaman həmin asılılıqdan istifadə edir. Yəni qazdan bir enerji silahı kimi həm qiymətlərin qaldırılması, həm qazın verilməsinin dayandırılması, həm də ölkələrə təzyiqlərin edilməsində, əsasən də Şərqi Avropa ölkələrinin, hansının ki, bir çoxunun qaz təminatının az qala 90%-i Rusiyadan asılıdır, orada istifadə edir. Avropa Birliyi də bundan narahatdır. Ona görə də iki şərt qoyub. Bu şərtlərdən biri texniki şərtdir. İki il bundan oncə, Avropanın üçüncü enerji xartiyası qəbul olunub. O xartiyaya görə qaz təmin edən ölkə qaz paylayıcı ölkə olmur. Yəni Avropanın sərhəddində qazı satmalıdır. Avropa daxilində qazın qiymətinin, tariflərinin müəyyənləşdirilməsinə Rusiya müdaxilə etməməlidir. Rusiya bunu qəbul etmir. Çünki bu zaman təsir mexanizmləri, rıçaqları əlindən çıxır. İkincinsi isə həm Krımın işğalı, Ukrayna məsələsi və bu sanksiyalara səbəb olan bir çox məsələlər aradan qaldırılmalıdır ki, Rusiya ilə əlaqələrin normalaşdırılması baş versin. Krımın işğalının sona çatması isə mümkün görünümr. Ona görə də bu sanksiyaların uzun zaman davam edəcəyi ehtimalı çox yüksəkdir. Ən azından Rusiyada bir ciddi dəyişiklik olana qədər bu sanksiyalar davam edəcək. Ona görə də Rusiya “Şimal axını-2” ilə bağlı çox ciddi problemlər yaşayacaq. Rusiya bu günə qədər o layihəyə milyardlarla vəsait investiya qoyub. Amma indi o layihənin sona çatdırılması ciddi sual altına düşüb”,-deyə iqtisadçı qeyd etdi

“Azərbaycan qazı tək Macarıstana bəs etməz”

Cəfərli hesab edir ki, burada Azərbaycanın da rolu ola bilər: “Çünki Avropa Birliyi ölkələri Cənub Qaz Dəhlizində çox maraqlıdırlar. Amma Azərbaycanın qaz ehtiyatları çox azdır. Azərbaycanın 2020-ci ildən sonra Avropaya çıxaracağı qazın həcmi 10 milyard kubmetr qazdır ki, bu da Avropa Birliyi ölklərinin tələbatının çox az, 0,5-1 hissəsini təşkil edir. Tək Macarıstanın qaza olan tələbatı ildə 11 milyard kubmetrdir, yəni Azərbaycan qazı tək Macarıstana belə bəs etməz. Amma gələcəkdə başqa ölkələrin, o cümlədən də Türkmənistanın bu qaz layihəsinə qoşulması Avropanın ciddi marağına səbəb ola bilər. Burada ciddi maraq var. Bu zaman Avropaya verilən qazın həcmi təqribən 3-dəfə arta, yəni 10 milyardan 30 milyard kubmetrə qədər qalxa bilər. Ola bilər ki, Transxəzər kəmərinin çəkilməsinə ən böyük maneə Rusiyadır, bunu hamı bilir. Bu nöqteyi-nəzərdən gələcəkdə “Şimal axını-2” ilə bağlı yumşalmaların əvəzinə, əgər Rusiya Transxəzərin çəkilməsinə mane olmamaq öhdəliyi götürsə, “Şimal axını-2” ilə də bağlı müəyyən irəliləyiş ola bilər və çox güman ki, burada Avropanın Rusiya ilə də “Şimal axını-2” danışıqlar mövzusunda Transxəzər qaz kəməri məsələsi də öndə olacaq”.

“Almaniya Rusiyaya təzyiqlərini artırmaq istəyir ki, müəyyən güzəştlər qoparsın”

N. Cəfərlinin sözlərinə görə, Avropa Parlamentinin qərarları iki yöndə verilir: “Bir Avropa Birliyi ölkələrinin hamısını əhatə edə biləcək və qanunvericilik şəklini ala biləcək Avropa Birliyi ölkələrinin standartlarına uyğun olaraq daxili qanunvericiklərinin dəyişdirilməsi ilə bağlı qərarlar olur, bir də tövsiyyə xarakterli qərarlar olur. Yerigəlmişkən, Azərbaycanla da bağlı dəfələrə belə tövsiyyə xarakteri qərarlar, bəyantlar olub. Təbii ki, Avropa Parlamentinin tövsiyyə xarakterli qərarları belə çox önəmlidir. Çünki Avropa ölkələrinə bir yön verir. Amma Avropa Birliyi ölkələrində qərarlar konsensula qəbul olunur. Yəni Birliyə daxil olan ölkələrdən istənilən biri mütləq icra olunmalı bir qərarın əleyinə səs versə, bu zaman qərarlar qəbul olunmur. Burada da söhbət Almaniyadan gedir ki, çox güclü dövlətdir, Avropa Birliyinin demək olar ki, bel sütunudur. Ona görə, bəlkə Almaniyanın da marağında idi ki, belə bir bəyanat çıxsın. Ona görə, alman deputatları da buna səs verdilər və Almaniya bu qərarı əldə rəhbər tutaraq Rusiya ilə danışıqlara daha böyük təzyiqlərlə getmək istəyir və Rusiyaya təzyiqlərini artırmaq istəyir ki, müəyyən güzəştlər qoparsın, həm də “Şimal axını-2” ilə bağlı Avropanın maraqlarına uyğun Rusiya geri addım atacaqlarını düşünsün. Heç də təsadüfi deyil ki, bir neçə həftə bundan öncə Almaniya Türkmənistanla da , Azərbaycanla da Transxəzərlə bağlı texniki danışıqlar aparıb. Yəni burada Almaniya artıq bu layihələrin moderatoru rolunu oynamağa və yaxud bu layihələrdə önəmli rol almağa çalışacaq. Bu nöqteyi-nəzərdən məsələyə daha qlobal baxmaq lazımdır. Yəni daha qlobal bir şəkildə baxanda görürsən ki, burada daha dərin oyunlar, danışıqlar gedir və daha dərin münasibətlərin formalaşmasını müşahidə edirik. Yəni söhbət tək “Şimal axını-2” layihəsindən getmir, ümumilikdə Avropanın yeni enerji doktrinasından gedir ki, bu yeni enerji doktrinasında Rusiyanın gücünü, təsirlərini azaltmaq, alternativ marşurutların isə imkanlarını artırmaq düşünülür. Ona görə, bu doktrinaya uyğun hərkət edilir”.

“Amerika da çalışacaq ki, Avropa bazarından Rusiyanı çıxışdırıb, öz qazı üçün yer əldə etsin”

Cəfərli onu da əlavə etdi ki, Avropaya coğrafi olaraq aidyyatı olmasa belə, ən çox Amerika “Şimal axını-2” layihəsinə qarşı çıxır: “Bunun da öz səbəbləri var. Çünki bu ildən başlayaraq Amerika Avropaya sıxılmış qaz satmağı düşünür. Amerika artıq ekperimental olaraq başlayıb, İspaniyaya, Latviyaya, Polşaya qaz çatdırılıb və gələcəkdə bunun həcminin 60 milyard kubmetrə qədər artmasını istəyir. Çünki Amerika indi dünyada ən çox qaz hasil edən ölkəyə çevrilib. Bu nöqteyi-nəzərən Amerika da çalışacaq ki, Avropa bazarından Rusiyanı çıxışdırıb, öz qazı üçün yer əldə etsin. Bu nöqteyi- nəzərdən də bu məsələlərə dar çəriçivədə baxılması doğru deyil, daha geniş bir mənzərəyə baxmaqda yarar var”.

“Ukraynadan asılılığın aradan qadırılmasını istəyir”

Natiq Cəfərli vurğuladı ki, Rusiya “Şimal axını-2” layihəsinin reallaşmasında çox maraqlıdır: “Çünki “Şimal axını-2” işə düşsə, Rusiya Ukrayna ərazisindən keçən qazın tamamilə dayandırılmasını, onlara tranzit xərclərinin ödənilməməsini və Ukraynadan asılılığı aradan qadırılmasını istəyir”.
Hurriyyet.org



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
287 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...