“Elə edin ki, insanlar sizdən ölkə başçısına şikayət etməsin...”

“Elə edin ki, insanlar sizdən ölkə başçısına şikayət etməsin...”

“Ölkə başçımıza təşəkkür edirik ki, bizə əsl bayram əhval-ruhiyyəsi yaşatdı”

Bunu Moderator.az-a açıqlamasında Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqları Müdafiə Cəmiyyətinin sədri, hüquq müdafiçisi Novella Cəfəroğlu ölkə başçısının bayram ərəfəsində imzaladığı əfv sərəncamından danışarkən deyib. N.Cəfəroğlu buna görə prezidentə təşəkkür edib:

“Bayram ərəfəsində həmişə əfv olanda az sayda məhbus azadlığa çıxırdı və onda da pərişan olurdum. Bu dəfə isə mənim üçün əsl bayram oldu. Ölkə başçımıza təşəkkür edirik ki, bizə əsl bayram əhval-ruhiyyəsi yaşatdı. Bu, bizim üçün çox gözəl hədiyyə oldu. Əfv sərəncamına qədər bizim deputatlarımızla görüşümüz oldu və millət vəkilimiz Qüdrət Həsənquliyev bunu Milli Məclisdə dedi. Azay Quliyevlə də mütəmadi görüşlərimiz oldu. Daxili işlər nazirimiz cənab Ramil Usubovla, Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyevlə, hörmətli Fuad Ələsgərovla və Səməd Seyidovla görüşümüz olub. Sonda da ölkə başçısına müracət etdik. Bu insanların hamısına təşəkkürümü bildirirəm ki, bizə dəstək oldular”.

N.Cəfəroğlu mərmurlara da müraciət edib və bildirib ki, onlar çalışsınlar insanları özlərindən incik salmasınlar:

“Bayram günündə müraciətim məmurlaradır. Onlar elə etsinlər ki, vətəndaşlar onlardan ölkə başçısına şikayət etməsin. Bu gün bizim hamımızın Qarabağ kimi bir dərdimiz var, biz bu işlə məşğul olmalıyıq”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
185 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...