20 mart – Ümumdünya Yer Kürəsi Günüdür

20 mart – Ümumdünya Yer Kürəsi Günüdür

20 mart –Ümumdünya Yer Kürəsi Günüdür.

AZƏRTAC BMT-nin rəsmi saytına istinadla xəbər verir ki, Ümumdünya Yer kürəsi Günü 1971-ci ildə təsis olunub və hər il yaz gecə-gündüz bərabərliyi günündə (20-21 mart) qeyd edilir.

Yer Gününün qeyd edilməsi ənənəsi ilk dəfə ABŞ-da meydana gəlib. 1990-cı ildən etibarən Yer Günü beynəlxalq səviyyədə qeyd olunmağa başlanılıb və bu münasibətlə keçirilən tədbirlərdə iştirakçıların sayı 141 ölkəni əhatə edərək 200 milyona çatıb. 2000-ci ildə artıq 181 ölkənin iştirakı ilə yüz milyonlarla insan bu günü qeyd edib. Hazırda dünyanın 192 ölkəsində bu gün müxtəlif aksiyalar - konfransların, sərgilərin keçirilməsi, böyük şəhərlərin magistral yollarında nəqliyyatın hərəkətinin məhdudlaşdırılması, abadlıq, təmizlik işlərinin aparılması, ağac əkilməsi ilə yadda qalır.

Yer Günü əsasən iki tarixdə - martın 20-21-də və aprelin 22-də qeyd olunur.

Ümumdünya Yer Kürəsi Günü ətraf mühitin qorunmasına yönəlmiş beynəlxalq aksiyadır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
305 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...