İslah olunmayan Əli İnsanov və ya... - TƏHLİL

İslah olunmayan Əli İnsanov və ya... -

Yəqin ki, sabiq səhiyyə naziri Əli İnsanovun 14 illik məhbəs həyatından sonra azadlıqda verdiyi ilk açıqlamalar xatirinizdədir. Əslində, ilk baxışdan adi görünən bu açıqlamanın hər cümləsini təhlil edəndə görürsən ki, baş nazirin müavini Əli Əhmədov demiş, İnsanov hələ tam islah olunmayıb.

Əli İnsanov ilk müsahibəsində deyir ki, iqtidarın konslagerlərindən birini tərk edib. Sual olunur ki, əgər Azərbaycan həbsxanaları konslager idisə, niyə bu barədə 2005-ci ilədək bir kəlmə də olsun danışmırdı? Yoldaş professor 1993-cü ildən 2005-ci ilə kimi Azərbaycanın səhiyyə naziri olub. Gerçəkdən də belə bir hal var idisə, etirazını bildirə, etirazına məhəl qoyulmadığı təqdirdə, nazir postundan istefa verə bilərdi.


İnsanov iddia edir ki, onun əfv olunması öz təbirincə desək, demokratik qərbin və Böyük Amerikanın, Avropa Birliyinin və Avropa Şurasının səylərinin nəticəsidir. İnsanova görə Prezident İlham Əliyevin onu azad etmək fikri olmayıb. Maraqlıdır, sabiq nazir 14 il həbsxanada ola-ola Qərb dediyi qüvvələrlə necə və hansı formada əlaqələrini davam etdirib? Əgər onun dediyi qüvvələr doğrudan da bu qədər demokratikdirlərsə, insan haqlarını tanıyırlarsa, niyə hələ də bir milyon insan məcburi köçkün vəziyyətində yaşayır? Ermənistan kimi iqtisadi gücü, regional layihələrdə iştirakı olmayan dövlətə gücü çatmayan Qərb, Azərbaycana təsir edə bilirsə, məntiqlə ortaya başqa məqamlar çıxır. Məsələn, bu, o məqamlardır ki, İnsanovun demokratiya beşiyi saydığı Qərb Ermənistanı dəstəkləyir, rəsmi şəkildə Azərbaycanın ərazi bütövlüyünü tanımasına rəğmən, işğala göz yumur. Belə olan təqdirdə 12 il nazir kürsüsündə oturmuş birinin verdiyi açıqlamadan başqa qoxular gəlmirmi? Əgər İnsanovun dediyi kimi İlham Əliyevi məcbur etmək bu qədər asandırsa, Ermənistana göstəriş vermək su içmək kimi asan olmalıdır. Deməli... hər şey ortada deyilmi?

Əli İnsanov növbəti cümləsində buyurur ki, özünü azadlıqda hiss edə bilmir. Zarafat kimi çıxmasın, amma görünür sabiq naziri özünü azadlıqda hiss etməyə qoymayan əynindəki 5000 avroluq palto, yüzlərlə avro qiyməti olan papaq və şərfdir. Bu arada bir detal diqqətdən yayınmaya bilməz. Əgər 14 il məhbus həyatı yaşayan biri həbsxanadan çıxanda 7 minlik geyinib kecinə bilirsə...

Sabiq nazir iddia edir ki, Azərbaycan özü böyük həbsxanadır. Əgər belədirsə, İnsanovun dostları niyə onun həbsxanadan çıxması üçün dəridən qabıqdan çıxırdılar? Təbii ki, bunu da deyən sabiq nazirin özüdür. Doğrudanmı Amerikanın, Avropanın işi gücü qurtarıb, İnsanovu həbsxanadan həbsxanaya köçürtməklə məşğul idilər?

İnsanov deyir ki, onun ayağındakı qandalları Amerika və Avropadakı dostları açıb. Amma bu arada xalqa minnət qoymağı da unutmur:

"Çox istərdim ki, Azərbaycan xalqı qolumdakı qandalları açsın".
Görünür, İnsanov yaşlanıb və 14-15 il öncə jurnalistlərə, öz işçilərinə qarşı sərgilədiyi davranış yadından çıxıb. Unudanlar üçün İnsanovun ANS-in xanım əməkdaşının sualına verdiyi reaksiyanı təqdim edək:: "Rədd olun burdan. Konkret rədd olun e, elə-belə yox. Ay qız, çıx get".

İndi isə İnsanovun həbsxana həyatından sonra ilk açıqlamasından başqa bir cümləyə diqqət:

"Həbsxananın qaydaları var da. Burada "oğruların" qanunlarına hörmət etməlisən. Burada elə şeyə yol verilmir. Nə nəvələrimlə,nə də ailə yoldaşlarımla görüşməmişəm. Yanıma ancaq bir neçə nəfər kişi xeylağı gəlib gedib".

Cəmi 15 il öncə bir qadına "rədd ol" deyən bir şəxsin indi "oğru aləmi" qanunlarından danışması başqa mətləblərdən xəbər vermirmi? Ümumiyyətlə, həmin aləmdə qadına qarşı belə rəftara münasibətin elə də yaxşı olmadığını da İnsanov bilməmiş deyil. Və ən maraqlısı budur ki, İnsanov bu cümləsiylə kimlərə hansı mesajı verir?

İnsanovdan daha bir sitat: "Azərbaycan bu gün uçurumun dibindədir və onu uçurumdan xilas edəcək istənilən qüvvəyə dəstək verməyə hazıram".

Ölkədə problemlərin də olduğu danılmazdır və kimsə Azərbaycanda hər şeyin əla olduğunu deyirsə, bu, ən böyük riyakarlıqdır. intəhası bu fikri 12 il səhiyyəni talayan, 14 illik həbsxana həyatından sonra 7 minlik əyin-başla həbsxanadan çıxan biri deyəndə, adamı ən yaxşı halda gülmək tutur. Məsələn, vaxtilə Səhiyyə Nazirliyinin "ambulance"larının Əli İnsanov üçün hansı xidmətləri göstərdiyini xatırlasa, söhbətin nədən getdiyini bilər. Həmin maşınlarda kimlərin yoxlamadan keçirilib nazirin qəbuluna gətirildiyinini də unutmuş olmaz yolda professor.
Ölkə.Az



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
278 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...