Nəsib Məhəməliyev deputat olur - Rəbiyyət Aslanova mandatsız qalır
Bir neçə saat sonra ölkə prezidentinin ciddi kadr dəyişiklikləri ilə bağlı sərəncamlarının açıqlanacağı gözlənilir.
Məlumata görə Nəismi rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev başçı kürsüsünü deputat kürsü ilə dəyişdirəcək. Belə ki, Nəsib Məhəməliyevin Balakən rayonundan Rəbiyyət Aslanovanın əvəzinə deputat seçiləcəyi gözlənilir. Qeyd edək ki, biraz öncə dövrü mətbuatda bir sıra icra başçılarının yeni təyinat almaları ilə bağlı məlumat yayılıb. Belə ki, dünəndən Sumqayıt şəhər icra başçısı vəzifəsindən azad olunan Eldar Əzizov Səbail rayonuna təyinat alıb. Səbailin icra başçısı Asif Əsgərov isə Nəsimi rayonuna icra başçısı göndərilib. Nəsiminin icra başçısı Nəsib Mehməliyev isə tutduğu vəzifədən azad edilib.
Eldar Əzizovun yerinə isə dünəndən mətbuatda qeyd olunduğu kimi Abşeron icra başçısı Zakir Fərəcov təyinat alıb. Zakir Fərəcovun yerinə isə öz müavinlərindən birinin gətirildiyi deyilir. Xatırladaq ki, Nizami rayon icra başçısı vəzifəsi də hazırda boşdur. Həmin vəzifəyə də bugünlərdə təyinatın həyata keçiriləcəyi gözlənilir.
2932 dəfə oxundu