“Seçkiləri 50 mindən artıq müşahidəçi izləyəcək”
Bu gün Mərkəzi Seçki Komissiyasının təşkilatçılığı ilə seçkilərlə bağlı müraciətlərə baxılmasına həsr olunmuş seminar keçirilir
Seminarda MSK sədrinin müavini Natiq Məmmədov, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin müvəqqəti işlər üzrə vəkili Toralf Pilts, seçki məsələləri üzrə ekspert Sergey Kalçenko çıxış edib.
Seminarda açılış nitqi ilə çıxış edən N. Məmmədov bildirib ki, bir üçüncü on illikdir ki, avtoritar rejimdən demokratiya rejiminə keçmişik. Bu müddət ərzində ATƏT, Avropa məkanına daxil olmuşuq. Xalqın öz hakimiyyətinin formalamasıənda birbaşa iştirak etmək imknaları yaranıb. Çoxpartoiyalı sistemə keçdikdən sonra demokratiya imkanları genişlənib. Azərbaycan seçkilərində iştirakçıların əhatə dairəsi 5 milyon civarındadır. Biz seçki təcrübəsini qiymətləndirmək imkanına malikik. Azərbaycan seçki sistemi Azərbaycan xalqının iradəsini ortaya qoyur. Biz Avropa İttifaqı ilə səmərəli əmkdaşlıq edirik. Geniş sayda analizlər aparmışıq. Bizim seçkilər də problemlərdən xali deyil. 2010–cu il parlamnet seçkilərində 267 şikayət və müraciət daxil olmuşdu. 2013-cu il prezident seçkilərində 19, 2014-cü il bələdiyyə seçkilərində isə daxil olan şikayətlərin sayı isə 96 olub. Bu rəqəmlər 5 milyon seçici kontekstində əlbəttə ki kiçikdir. Bizim məqsədimiz fərdin hüquqlarına hörmətlə yanaşmaqdır. Qeyd etdiyim şikayətlərdən 14-nü Avropa Məhkəməsi tanımışdır. Avropa Məhkəməsinin qərarları işimizə yenidən baxmağa, yol vermiş səhvləri aradan qaldırmağı kömək edir.
Məsələn, bir təcrübə olmuşdu. Bir şəxsin namizədliyinin qeydiyyatı əsassız olub. Dairə həmin şəxsin namizədliyini ləğv olunması üçün ərizəçilərin şikayəti və üstünə pul əlavə edərək məhkəməyə müraciət etmişdi. Ərizəçilər iddia edirdi ki, onların iradəsi pulla alınıb. Bizim məhkəmə şikayətçinin qərarını təsdiqləyib. Avropa Məhkəməsi nəticəyə gəmişdi ki, ərizələrə əlavə edilən pulların ekspertizadan keçmədiyini, barmaq izlərinin alınmadığı üçün yerli məhkəmənin qərarını əsassız hesab etmişdi. Qeyd edim ki, seçkiləri 50 mindən artıq müşahidəçi izləyəcək. Bu sırada çoxsaylı beynəlxalq müşahidəçilər də olacaq. Biz insan haqlarına münasibətdə açıq fəaliyyət göstərməliyik”.(qafqazinfo)
282 dəfə oxundu