“Xəzər Adaları” klubunun baş məşqçisi İbrahim Nehrəmlinin qəzəbinə tuş gəldi

“Xəzər Adaları” klubunun baş məşqçisi İbrahim Nehrəmlinin qəzəbinə tuş gəldi


İş adamı İbrahim Nehrəmliyə məxsus olan “ Xəzər Adaları” futsal klubunun baş məşqçisi Elnur Qəmbərovun Moderator.az-a verdiyi son açıqlaması İbrahim Nehrəmlini qəzəbləndirib. Bu barədə saytımıza açıqlama verən Elnur Qəmbərovun sözlərinə görə, komandanın direktoru onunla əlaqə saxlayaraq İbrahim Nehrəmli tərəfindən qəbul olunmayacağını bildirib:

“Sizin sayta verdiyim son açıqlamadan sonra İbrahim Nehrəmli ilə görüşə bilmirəm. Komandanın direktoru mənə bildirdi ki, İbrahim Nehrəmli daha məni qəbul etməyəcək. Mən nə demişəm axı? Özümün, oyunçularımın əziyyətyinin, haqqının ödənmədiyi barədə açıqlama vermişəm. Bu gün komandamın bir neçə oyunçusu və köməkçimlə İbrahim Nehrəmlinin ofisinə gecədik. Əgər problemimiz həllini tapmasa, Milli Məclis önünə toplaşıb dərdimizi deputatlara deməyə çalışacıq. Biz həmçinin məhkəməyə də müraciət etməyi planlaşdırırıq.”



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
421 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...