Daha bir azərbaycanlı ifaçı mahnıya görə həbs edildi

Daha bir azərbaycanlı ifaçı mahnıya görə həbs edildi

Sosial şəbəkələrdə “Ruzigar“ ləqəbi ilə tanınan reper Aydın Hüseynov həbs olunub. GUndeminfo.az yazır ki, Axşam.az-ın məlumatına görə, buna səbəb onun “Mal mal” adlı mahnısıdır. “Ruzigar“ Sumqayıt Şəhəri Baş Polis İdarəsi tərəfindən ötən gün həbs edilib. Reperə ifa etdiyi mahnının narkomaniyaya çağırış etməsini səbəb gətirərək, 30 sutka həbs cəzası veriblər. Bu barədə məlumatı ifaçının prodüseri də təsdiqləyib. Qeyd edək ki, bir müddət öncə “Kazbekə şey basım” meyxanasını oxumaqla tanınan “Vüqar Səda” ləqəbli Vüqar Abdullayev 30 gün müddətinə həbs edilmişdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
275 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...