Trampdan seçki hazırlığı: 40 milyon dollar topladı

Trampdan seçki hazırlığı:

ABŞ Prezidenti Donald Tramp özünün seçki kampaniyasının maliyyələşdirilməsi üçün son üç ay ərzində 30 milyon dollar toplayıb. Axar.az xəbər verir ki, bu məlumatı “Nyu York Tayms” qəzeti yayıb.

Məlumata görə, ümumilikdə Tramp üçün ayrılan ianələrin həcmi 40 milyon dollar təşkil edib. Trampa rəqib olacaq namizədlərin topladığı ianələrin həcmi prezidentin göstəricilərindən kifayət qədər azdır. Belə ki, prezidentliyə namizədliyini sürmək istəyən senator Kori Buker 5 milyon dollar, senator Kamala Harris 12 milyon dollar, eks-konqresmen Beto Orurk 9,4 milyon dollar, senator Berni Sanders isə 10 milyon dollar vəsait toplaya bilib.

Qeyd edək ki, ABŞ-da növbəti prezident seçkisi 2020-ci ildə baş tutacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
210 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...