Heydər Babayevin oğlu “Standart Sığorta”dan getdi

Heydər Babayevin oğlu “Standart Sığorta”dan getdi

"Standard Insurance” Sığorta Şirkəti ASC-nin Direktorlar Şurasının (DŞ) sədri dəyişib. Gundeminfo.az sosium.az-a istinadən xəbər verir ki, indiyə qədər bu vəzifəni icra edən Rəhman Əliağa oğlu Babayevi Nijad Məhərrəm oğlu Məmmədov əvəz edib. Yeni sədr həm də "Standard Insurance”lə birlikdə "AB Standard” QSC-yə daxil olan "Standard Lizinq” MMC-nin direktorudur.

Bundan başqa, DŞ-nin üzvləri olan Oruc Heydər oğlu Heydərov və Emin Heydər oğlu Babayev vəzifələrini tərk ediblər. Onların yerinə hələ ki, təyinat olmayıb. Bundan başqa, "Standard Insurance”in İdarə Heyətində və Təftiş Komissiyasında müvəqqəti təmsil olunan Rövşən Şakir oğlu Bayramov da işdən çıxıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
492 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...