İndi də Mehdi Cəfərovu bezdirmək istəyirlər...

İndi də Mehdi Cəfərovu bezdirmək istəyirlər...

Ölkə ictimaiyyəti intihar edən səkkizinci sinif şagirdi Elina Hacıyevanın faciəsindən hələ özünə gəlməyib. Valideynlər və müəllimlər tərəfindən uşaqlara psixoloji təzyiq göstərilməsi hallarına, təəssüf ki, tez-tez rast gəlinir. Yeniyetmənin hələ bərkiməmiş psixikası bizim zalım dünyamızın şərtlərinə heç də həmişə tab gətirə bilmir və bu da bəzən ağır fəsadlar törədir. Doğmaları narahatdırlar ki, belə bir təhlükə indi də yeddinci sinif şagirdi Mehdi Cəfərovu gözləyir.
Teref.az-ın redaksiyasına oğlanın babası Zakir Hüseynov müraciət edib. Aydın olub ki, yeniyetmə onu respublika birinciliyinə buraxmayan Azərbaycan Cüdo Federasiyasının ədalətsiz qərarına görə dərin depressiya keçirir.

Babasının dediyinə görə, Mehdi altı ildən çoxdur ki, cüdo ilə məşğuldur, Azrbaycanı dəfələrlə müxtəlif beynəlxalq turnirlərdə təmsil edib, Rusiyanın, Türkiyənin, İranın açıq çempionatlarında mükafatlar qazanıb. Bir müddət əvvəl isə ailə problemlərinə görə stress keçirib və bir neçə məşqə gedə bilməyib.

Cüdo Federasiyası başda Elmar Babanlı olmaqla Mehdinin məşqə gəlməməsinin səbəbini araşdırmağa lüzum görməyib və onu yarışlara çıxarmaqdan qəti şəkildə imtina edib.“Mən yaşda adam idman məmurlarına vəziyyəti izah etməyə cəhd göstərsəm də, onlar buna məhəl qoymadan bəyan etdilər ki, “hansısa uşaq-muşağın nazını” çəkəsi deyillər. “Ən sanballı” səbəb kimi isə bildirdilər ki, iştirakçıların sayı çox olduğu üçün indiki yarış onsuz gec başa çatacaq.

Öz yetirmələrinə qarşı belə də qəribə münasibət olar? Məgər indi yarışlara konkret idman nailiyyətlərinə görə deyil, başqa prinsiplərlə buraxırlar? Axı mənim nəvəm öz nəticələri ilə sübut edib ki, idmana təsadüfən gəlməyib, ölkənin şərəfini zədələməz, onu turnirdən niyə uzaqlaşdırıblar?” – Z.Hüseynov həyəcanla deyir. Mehdi Cəfərov ümumtəhsil məktəbində çox yaxşı oxuyur. Şagirdi olduğu 18 nömrəli məktəbin müəllimləri ondan razıdırlar. “Mən çalışıram ki, ölkəmizin bayrağını yüksəklərə qaldırım, çox vaxt qalib gəlirəm, niyə Federasiyadakı əmilər mənə qarşı belə haqsızlıq edirlər”, - yeniyetmə az qalır hönkürsün.

Şəkil: Mehdi çoxlu qələbələr və medallar qazanıb.
İndi də Mehdi Cəfərovu bezdirmək istəyirlər...
İndi də Mehdi Cəfərovu bezdirmək istəyirlər...

Z.Hüseynov ümid edir ki, uşaq idmanına, layiqli əvəzçilərin yetişdirilməsinə həmişə qayğı göstərən federasiya prezidenti Rövnəq Abdullayev onun nəvəsinin çəkdiyi açıya biganə qalmayacaq.

Bununla yanaşı, baba yarışlarda iştirakından imtina edilməsinə görə ciddi psixoloji sarsıntı keçirən nəvəsinin vəziyyətindən çox nigarandır. “Bu yaxınlarda biz gördük ki, psixoloji təzyiqə dözməyən qızçığaz özünü pəncərədən atıb. Mən də indi nəvəmə görə qorxu içindəyəm. Məsələnin araşdırılması və kömək göstərilməsi üçün mənim populyar və hörmətli sayt vasitəsilə federasiya rəhbərliyinə, onun prezidenti Rövnəq Abdullayevə, ictimaiyyətə müraciət etməkdən başqa çarəm qalmayıb. Xahiş edirəm, qoymayın ki, düzəldilməsi mümkün olmayan hadisə baş versin, həta uşaq bu həyatda ədalətin mövcudluğuna inamını itirib xəstələnsə belə, psixikası üçün böyük faciədir”, - ahıl yaşlı kişi deyir.

Şəkil: Ölkə belə gənc istedadı itirə bilər.

Məlum olduğu kimi, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva ölkəmizdə uşaq və gənclər arasında idmanın inkişafı üçün böyük səylər göstərirlər. Uşaq və gənclərin idmanla məşğul olması dövlətin iki mühüm məsələsinin həllinə əhəmiyyətli dərəcədə təsir edir: gənc nəslin sağlamlığına və milli komandalar üçün idman ehtiyatlarının hazırlanmasına. Gənc idmançıların hazırlanması üçün əsas baza isə məhz müxtəlif federasiyaların və klubların uşaq-gənclər bölmələridir.

Bəs nəyə görə bəzi məmurlar Mehdi kimi istedadlı uşaqların böyük idmana yolunu bağlayırlar? Niyə düşünmürlər ki, təkcə dövlətin sosial siyasətinin ziddinə getmir, həm də Mehdiyə və onun kimi rekordlar arzusunda olan bir çox uşağa yara vururlar? Uşaqlar fikirləşirlər ki, əgər hər hansı bir dayday, demək olar ki, səbəbsiz yerə səni bütün idmançılar - istər yaşlı, istər gənc – üçün özünü sınamaq, öz məşqçilərinə və komandadakı dostlarına heç də nahaq yerə zəhmət çəkmədiyini, komandanın, klubun və nəhayət ölkənin şərəfini qorumağı bacardığını sübut eləmək imkanı verən yarışlara buraxmayacaqsa, onda məşqlərə qaçmağın nə mənası var?..
Teref.az


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
519 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...