“İçərişəhər məsələsinə münasibət bildirmək istəmirəm” - Elbəy Qasımzadə

“İçərişəhər məsələsinə münasibət bildirmək istəmirəm” -

Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbay Qasımzadə İçərişəhərdə aparılan tikinti işlərinə münasibət bildirməkdən imtina edib. O, “Report”un əməkdaşı ilə söhbətində hazırda ölkədən kənarda olduğunu deyib: “Mən hazırda Moskvadayam, Bakıda deyiləm. İçərişəhər məsələsinə heç bir münasibət bildirmək istəmirəm”.

Qeyd edək ki, İçərişəhərdə aparılan tikinti işləri mövzusu mətbuatda və sosial şəbəkələrdə geniş müzakirə olunur. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi isə açıqlama verərək aparılan tikinti işlərinin qala divarlarına və ümumiyətlə, İçərişəhərə ziyan vurmadığını bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
321 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...