Nazir direktoru işdən çıxardı - Şikayətlərə görə

Nazir direktoru işdən çıxardı -

Təhsil naziri Ceyhun Bayramov Siyəzən şəhər 6 nömrəli məktəb-liseyin direktorunu işdən çıxarıb. "Qafqazinfo"nun sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildirilib ki, nazirin əmri ilə məktəb-liseyin direktoru Yeganə Əliyeva tutduğu vəzifədən azad edilib.

Xatırladaq ki, 2019-cu il yanvar-fevral aylarında məktəb kollektivi tərəfindən Nazirliyə daxil olmuş şikayətlərin araşdırılması məqsədilə xüsusi komissiya yaradılıb. Komissiya nümayəndələri tərəfindən məktəbdə aparılan yoxlamanın nəticəsi olaraq məktəb direktoruna və Siyəzən Rayon Təhsil Şöbəsinin müdiri Rəfail Hacıyevə aşkar olunmuş pozuntulara görə intizam tənbehi tətbiq edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
299 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...