Hızır Çakırbəyli obrazı real həyatda kimdir?

Hızır Çakırbəyli obrazı real həyatda kimdir?

Türkiyənin ən çox izlənilən və Azərbaycanda da sevilən serialı "Eşkiya Dünyaya Hükümdar Olmaz”ın baş qəhrəmanı olan Hızır Çakırbəyli obrazının tanınmış kriminal aləm üzvünün prototipi olduğu iddia edilir. Bakupost.az-ın məlumatına görə, bildirilir ki, Çakırbəyli obrazı Türkiyənin ən böyük mafiya liderlərindən hesab edilən, "Millətçi Baba” kimi tanınan Ələddin Çakıcının həyatını əks etdirir.

Ələddin Çakıcı kimdir?

Ələddin Çakıcı 1953-cü ildə Trabzon şəhərinin Fındıqlı kəndində anadan olub. Kiçik yaşlarında atası Əli Çakıcı qan davası ilə əlaqədar ailəsi ilə birlikdə İstanbula köç edib. Ə. Çakıcı gənc yaşlarından cinayət törətməyə başlayıb. Artıq 18 yaşınadək bir neçə bıçaqlama hadisəsində iştirak edib.

O, İstanbulda gül satışı ilə məşğul olan sahibkarın öldürülməsində sifarişçi kimi saxlanılıb və ilk məhkumluğunu alıb. Bir neçə ildən sonra isə azadlığa çıxıb. 1980-ci illərdə Türkiyədə "sağ-sol” davaları başlayan zaman Çakıcının özü, atası, əmisi və qardaşları millətçi cəbhədən döyüşməyə başlayıb. Bu zaman Çakıcının əmisi oğlu "solçu”lar tərəfindən qətlə yetirilib. Bir müddət sonra isə Çakıcının atası Əli Çakıcı da öldürülüb.

1981-ci ildə Ələddin Çakıcının özünə də silahlı hücum olub və o, ağır yaralanıb. Çakıcı bundan sonra yenidən həbs edilib. Millətçi Hərəkat Partiyası və millətçi təşkilatların işi üzrə ittiham edilərək, 41 şəxsin ölümündən səbəbkar tutulub. Lakin 1982-ci ildə məhkəmə dövründə barəsində verilən ittihamlar sübuta yetirilmədiyindən azadlığa buraxılıb.

Azadlığa çıxandan sonra kriminal aləmə səs salıb və hamı onu "Millətçi Baba” kimi tanımağa başlayıb. Çakıcı bundan sonra kriminal dünyaya daha çox meyllənib və "qara bazar”dan haqq alıb. Ona haqq vermək istəməyən şəxsləri isə güllələtdirib.

Çakıcının qurbanları və öldürdüyü adamlara imzası isə beldən aşağı güllə vurdurmaq olub. Mənbələr qeyd edir ki, Çakıçı qısa müddət ərzində 140 milyon lira "haqq yığıb”. O, həmin gəliri yanında olan şəxslərlə bölüşüb. 80-ci illərin sonunda "Millətçi Baba” İstanbuldan başqa Ankarada da fəaliyyətini başladıb.
Hızır Çakırbəyli obrazı real həyatda kimdir?

Həmin vaxta Türkiyə kriminal aləminin nəhəngləri "Kürd İdris”, Heydər Qoç və "İnci Baba” Ələddin Çakıcının fəaliyyətini diqqətlə izləyiblər. Lakin həmin mafiya liderləri Çakıcıya qarşı çıxmayıblar. Çünki həmin dövrdə Çakıcı Türkiyənin Xüsusi Kəşfiyyat Xidmətinin (MİT) ciddi dəstəyini alıb. O, həmçinin, Türkiyənin solçularla və PKK tərəfdarları ilə münaqişəsində ciddi işlər görüb.

İddia edilir ki, MİT tərəfindən verilən tapşırıqlar əsasında, Çakıcı "Böyük Sol” təşkilatının rəhbərliyinə qarşı silahlı hücumlar təşkil edib. Hətta mənbələrdə qeyd edilib ki, Ələddin Çakıcı və dəstəsi erməni terror təşkilatı "Asala”ya qarşı Livanda və Yunanıstanda döyüşüb.

Həmin vaxtı ona "Atilla” kod adı verilib və ermənilərə qarşı ciddi mübarizə aparıb.

Lakin 1989-cu ildə Türkiyədə Ələddin Çakıcı barəsində cinayət işi açılıb. Polisə təslim olan mafiya lideri bir müddət sonra azadlığa buraxılıb. Bir müddət sonra onun barəsində olan cinayət işi təzələnib. Çakıcı ölkə hüdudlarından kənara çıxa bilib. "İnterpol”un qırmızı bülleteni ilə axtarışa verilən "Millətçi Baba” bir neçə il sonra Fransanın Nitsa şəhərində tutulub. Bir müddət orda həbsdə yatan türk mafiya lideri öz istəyi ilə Türkiyəyə ekstradisiya edilib.

2002-ci ildə isə yenidən azadlığa çıxıb. Lakin onun barəsində heç yerə getməməklə bağlı qətimkan tədbirini pozduğu üçün həbsli axtarış qərarı çıxarılıb. Çakıcı bu dəfə Türkiyədən qaça bilib. 2004-cü ildə Avstriyanın Qraz şəhərində tutulub. Həmin il Çakıçı yenidən cəza çəkmək üçün Türkiyəyə göndərilib.

Mənbələrdə qeyd edilir ki, həmin dövrdə Ədalət Nazirliyi tərəfindən "uzlaşma” təklifini rədd edib.

Çakıcı 2004-cü ildən bəri azadlığa çıxmayıb. Hazırda Bolu şəhərində yerləşən həbsxanada cəza çəkir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
512 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...