Avropanı Trampdan qorumaq lazımdır – Timmermans

Avropanı Trampdan qorumaq lazımdır –
Avropa gərək Rusiya və ABŞ-dan olan diktələrdən qaça bilsin. Axar.az xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbərliyinə namizəd Frans Timmermans deyib. Onun sözlərinə görə, AB ölkələri birlikdə kifayət qədər güclüdürlər.
O, AB-nin bir olmasına bəzi liderlərin mane olduğunu deyib. Timmermans bu şəxslərin AB-ni zəiflədib, parçalatmaq istəyən Putindən və Trampdan müəyyən xahişlər etdiklərini söyləyib:

“Dünya tarixində ilk dəfədir ki, ABŞ prezidenti zəif və parçalanmış Avropa görmək istəyir. İtaliya Baş nazirinin müavini Matteo Salvini, Avstriyanın vitse-kansleri Haynts Kristian Ştraxe kimi Putini ən yaxşı dost görənlər Avropanın maraqlarına uyğun hərəkət etmirlər. Bunu onlara da anlatmaq lazımdır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
336 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...