Böyrək alveri işində polis rəisləri ilə bağlı QƏRAR

Böyrək alveri işində polis rəisləri ilə bağlı

Azərbaycanda orqan alverində təqsirləndirilən Vahib Xudadatovun cinayət işi üzrə məhkəməsi davam etdirilib.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hakim bildirib ki, prosesdə dəvət olunan şahidlər və zərərçəkənlər gəlməyib: "Təxminən iki həftə öncə məcburi gətirilmə qərarı çıxarılmasına baxmayaraq, yenə də zərərçəkən və şahidlər məhkəməyə gəlməyib".


Hakimlər kollegiyası bu dəfə məcburi gətirilmə qərarını icra etməyən polis idarələrinin rəisləri haqqında qərar verib. Qərara əsasən, Daxili İşlər Nazirliyinə məktub göndəriləcək ki, həmin polis rəislərinə vəzifə öhdəlikləri izah olunmalıdır.
Proses qeyri-müəyyən vaxta qədər təxirə salınıb. Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimai əlaqələr şöbəsinin yaydığı məlumata əsasən, DTX tərəfindən həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində vətəndaşlara qarşı müxtəlif cinayət əməllərinin törədilməsi, əlaqəsində olan digər şəxslər, o cümlədən xarici ölkə vətəndaşları ilə birgə Azərbaycan Respublikası vətəndaşlarının orqanlarının xaricdə transplantasiyası üçün ölkədə alqı-satqısını təşkil edən Azərbaycan Respublikası vətəndaşı Xudadatov Vahib Fəxrəddin oğlu müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb edilib, məhkəmə tərəfindən barəsində həbs qətimkan tədbiri seçilib. V.Xudadatovun əlaqəsində olan şəxslər istintaqa cəlb ediliblər.


Cinayət əməlləri nəticəsində orqanları alqı-satqı obyekti olmuş şəxslər həkim nəzarətinə götürülüblər.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
78 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...