Səfər Mehdiyevin işdən çıxardığı rəis nazirin əmisi oğludur

Səfər Mehdiyevin işdən çıxardığı rəis nazirin əmisi oğludur
Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin işdən çıxardığı “Qırmızı körpü” gömrük postunun rəisinin Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin yaxın qohumu olduğu məlum olub. Gundeminfo.az unikal.org-a istinadən xəbər verir ki, gömrük postunun sabiq rəisi Rəşad Babayev S. Babayevin əmisi oğludur.

Qeyd edək ki, R. Babayevin vəzifədən azad edilməsinə Azərbaycan vətəndaşı Xanım Şabanova ilə bağlı yaranmış insident səbəb olub. Vətəndaşın özü ilə gətirdiyi ev əşyalarının Gürcüstanla sərhəddə yerləşən "Qırmızı Körpü" gömrük postunda saxlanılması və həmin şəxsdən gömrük ödənişləri tələb olunub. Və bununla bağlı vəziyyət araşdırılıb və post rəisi işdən azad olunub.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
95 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...