Neftçalada ağır qəza: dörd nəfər öldü - VİDEO

Neftçalada ağır qəza: dörd nəfər öldü -

Ələt-Astara magistral yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az-ın bölgə müxbirinin məlumatına görə, hadisə bu gün səhər saatlarında Ələt-Astara magistralının 85-ci kilometrliyində - Neftçala rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. “Ford” markalı mikroavtobus qarşıda gedən “KAMAZ” markalı yük maşınının arxa hissəsinə çırpılıb. Qəza zamanı dörd nəfər hadisə yerində ölüb, digər daha iki nəfər yaralanıb. Ölənlərin meyiti müayinə olunması üçün Salyan morquna təhvil verilib.

Xəsarət alanlar isə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hazırda ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
358 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...