“Nəyə görə oğlunu Qarabağda xidmətə göndərmisən?...” - Paşinyanın arvadından soruşdular

“Nəyə görə oğlunu Qarabağda xidmətə göndərmisən?...” -

Ermənistan baş nazirinin arvadı, “Haykakan jamanax” (“Erməni zamanı”) qəzetinin redaktoru Anna Akopyan Qazaxıstanda keçirilən XVL Avrasiya mediaforumu zamanı azərbaycanlı jurnalistlərdən birinin Qarabağ haqda sualları ilə üzləşib.

Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, azərbaycanlı jurnalist soruşub: nəyə görə Akopyan və onun keçmiş rejimə qarşı mübarizə aparan əri öz oğullarını Qarabağa hərbi xidmətə göndərib? Habelə soruşub ki, Paşinyanın mayın 9-da Şuşadakı hərəkətləri münaqişə tərəfləri arasında etimadın formalaşmasına nə dərəcədə imkan yaradır?

Bu zaman moderator jurnalistin sözünü kəsib, xahiş edib ki, bəyanat verməsin, sual versin.

“Nəyə görə oğlunu Qarabağda xidmətə göndərmisən?...” -


“Mən detallara varmaq istəmirəm. Lakin biz münaqişə vəziyyətindəyik, müharibə başa çatmayıb, ona görə də bizim oğlumuz orduda xidmət edir”-Akopyan suala belə cavab verib. Əlavə edib ki, onun özü qadınların və anaların mövqeyindən çıxış edir. Ermənistan baş nazirinin arvadı habelə münaqişəni danışıqlar masası arxasında nizamlamağa və insan həyatı bahasına başa gələn eskalasiyadan qaçmaq üçün bütün mümkün səyləri göstərməyə çağırıb.

“Ermənistan heç vaxt müharibəyə başlamayacaq”-Akopyan deyib. O, hərbi ritorikanın “Azərbaycan tərəfdən səsləndiyini” bildirib. Akopyanın fikrincə bir-birinə nifrət dayandırmaq çətindir, amma mümkün olmayan iş deyil. Bu kontekstdə Akopyan özünün “Qadınlar sülh naminə” təşəbbüsünü xatırladıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
322 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...