Bakıda jurnalistin övladını it dişlədi FOTOLAR

Bakıda jurnalistin övladını it dişlədi

Paytaxt parqlarının birində it uşağa hücum edib.

Modern.az xəbər verir ki, hadisə barədə uşağın atası, "Publika.az" portalının əməkdaşı Asif Nərimanlı sosial şəbəkədə məlumat yayıb:

“Bu gün parkda it oğluma hücum edib, qolunu dişləyib. Anası uşağı qurtarmaq üçün çantanı itin üstünə atanda itin sahibləri hücum çəkib ki, bizim itə niyə hücum edirsiniz. Fotodan da göründüyü kimi itin "ağızlığı" yoxdur, halbuki, ictimai yerlərdə belə it gəzdirmək qanunla qadağandır. Bunlarsa deyir ki, gedin kimə şikayət edirsiniz edin".
Jurnalistin sözlərinə görə, itin sahibləri onun həyat yoldaşına qarşı kobudluq da ediblər.


"Şükür ki, uşaq ciddi xəsarət almayıb, yenə də həkimə müraciət edəcəyik. Təssüf ki, belə xəstə adamlarla eyni cəmiyyətdə yaşayırıq...”.

Olay Səbail rayonu, Lermontov küçəsindəki “Şəlalə” parkında olub.

Bakıda jurnalistin övladını it dişlədi
Bakıda jurnalistin övladını it dişlədi



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
296 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...