Xamənei Trampın mesajına cavab verməkdən imtina edib

Xamənei Trampın mesajına cavab verməkdən imtina edib

İranın ali lideri ayətullah Əli Xamənei Yaponiyanın baş naziri Sindzo Abe tərəfindən ona çatdırılan ABŞ prezidenti Donald Trampın mesajına cavab verməyib.

Bu barədə RİA "Novosti" xəbər verir.

Bildirilir ki, görüşün əvvəlində S.Abe Ə.Xaməneiyə ABŞ prezidentinin mesajını çatdırmaq istədiyini bildirib. Bunun cavabında isə İranın ali lideri "Məndə cavab yoxdur və ABŞ prezidentinin səsləndirdiyiniz mesajına da olmayacaq. Trampı hansısa mesaj göndərməyə layiq insan hesab etmirəm" deyib.

S.Abenin ABŞ prezidenti adından İran liderinə hansı mesajı verdiyi haqqında bilgi yoxdur.

Xatırladaq ki, Abe iyunun 12-də Tehrana səfər edib. Bu, son 41 ildə Yaponiya baş nazirinin İrana ilk səfəridir. Bundan əvvəl bəzi xarici KİV Abenin Osakada keçiriləcək G-20 sammitində Trampla Xaməneinin görüşünü təşkil etmək istədiyini yazmışdı.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
320 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...