Bakıda 2 hektar ərazidə yanğın - Helikopter göndərildi

Bakıda 2 hektar ərazidə yanğın -

Bakı şəhərinin Qaradağ rayonu, Qobustan qəsəbəsi yaxınlığında dağlıq ərazidə yanğın başlayıb.

Gundeminfo.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Aviasiya dəstəsinin 1 ədəd helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub.

İlkin məlumata görə, dağlıq ərazidə 2 ha sahədə quru ot və kol-kos yanır.

Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
319 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...