Ruslar dostlarının adını açıqladı: Azərbaycan ilk beşlikdə

Ruslar dostlarının adını açıqladı:

Ruslar Belarus, Çin və Qazaxıstanı Rusiyanın daha yaxın müttəfiqi sayır.

Axar.az xəbər verir ki, bu nəticə “Levada Çentr” şirkətinin keçirdiyi sorğudan sonra ortaya çıxıb. Son bir il ərzində Belarusu dost hesab edənlərin sayı 49%-dən 62%-ə yüksəlib. Sonrakı yerlərdə Çin (42%), Qazaxıstan (38%), Ermənistan (22%) və Azərbaycan (16%) yer alıb.

Ermənistanı və Azərbaycanı Rusiyanın dostu hesab edənlərin sayı bir ildə iki dəfə artıb.

Rusiyanın düşmənləri siyahısına isə ABŞ rəhbərlik edib. ABŞ-ın düşmən hesab edənlərin sayı bir ildə 78%-dən 67%-ə düşüb. İlk üçlüyü Ukrayna və Britaniya qapadıb. Bununla belə, Ukraynanı düşmən hesab edənlərin sayı əhalinin 40%-ni təşkil edib ki, bu da keçən ilkindən 9% az olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
341 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...