Səudiyyə Ərəbistanında dronların hücumu: aeroportlar bağlandı

Səudiyyə Ərəbistanında dronların hücumu:

Yəməndəki qiyamçı husilərə məxsus Pilotsuz Uçan Aparatlar (PUA) Səudiyyə Ərəbistanının cənubundakı Cizan və Abha hava limanlarına hücum edib.

Bu barədə “Al-Masira” telekanalı məlumat yayıb.

Hücum nəticəsində ölən və yaralananların olub-olmadığı barədə məlumat verilmir. Sözügedən aeroportlar hələlik fəaliyyətini dayandırıb.

Bildirilir ki, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Abha şəhəri yaxınlığında PUA vurub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
348 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...