Gürcüstanda işsizlik səviyyəsi yüksəkdir - Zurabişvili

Gürcüstanda işsizlik səviyyəsi yüksəkdir -

Bu gün Gürcüstanda işsizlik çox yüksək səviyyədədir və mütəxəssis çatışmazlığı var.

Report xəbər verir ki, bu barədə Gürcüstan prezidenti Salome Zurabişvili Borjomidə yerli sakinlərlə görüşündə bildirib.

O deyib ki, ölkə iqtisadiyyatına lazım olan mütəxəssislər xaricdən gətirilir: “Bu sahədə balans olmalıdır. Problem ondan ibarətdir ki, ölkənin inkişafı üçün tələb olunan peşə sahibləri çatışmır. Lakin mən çox nikbinəm, belə ki, ölkənin böyük imkanları və potensialı var”.

Qeyd edək ki, bu ilin I rübündə Gürcüstanda işsizlik səviyyəsi 12,8% təşkil edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
310 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...