Qazaxıstanda silah anbarında dəhşətli partlayış - Şəhər tam boşaldılır - VİDEO

Qazaxıstanda silah anbarında dəhşətli partlayış -
Qazaxıstanın Türküstan vilayətinin Arıs şəhərində yerləşən hərbi bazanın silah anbarında güclü partlayış olub.

Gundeminfo.az "RİANOVOSTİ"-yə istinadla xəbər verir ki, şəhərdə yanğın s fövqəladə vəziyyət elan olunub.

Vilayət meri Umirzak Şükeyev bildirib ki, regionda fövqəladə vəziyyət elan edilib. Bütün rayonlar, yaxın qəsəbələr səfərbər vəziyyətə gətirilib: "Bizə şəhəri boşaltmaq əmr olunub”.

Partlayış ilə əlaqədar şəhər əhalisi təcili sürətdə təxliyə edilir.

Qeyd edək ki, hərbi hissə yaşayış binalarına yaxın ərazidə yerləşir. Hərbi hissədən yayılan partlayış səsləri sakinlər arasında vahimə yaradıb.

Qazaxıstanın cənubunda yerləşən Arıs şəhərinin 43 minə yaxın əhalisi var. Partlayışın səbəbi araşdırılır.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
59 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...