Bill Geyts ən böyük səhvi nədir? - Özü açıqladı

Bill Geyts ən böyük səhvi nədir? -

Karyeramda ən böyük səhvim bazarda yalnız “Apple” şirkətinin iOS əməliyyat sistemi ilə rəqabət aparan “Android” sisteminin “Google” korporasiyası tərəfindən alınmasına və inkişafına imkan verməyim olub.

TASS agentliyinin xəbərinə görə, bunu “Microsoft” şirkətinin qurucusu Bill Geyts sərmayədarlarla görüşdə deyib.

Onun sözlərinə görə, dünyada proqram təminatı, xüsusilə əməliyyat sistemləri bazarları “qalib hər şeyi alır” prinsipi ilə işləyir:

“Buna görə də hesab edirəm ki, ən böyük səhvim müəyyən səbəbə görə “Microsoft”un “Android” kimi olmasına nail ola bilməməyimdir”.

B.Geytsin fikrincə, “Microsoft” təbii yolla qalib gələ bilərdi:

“Bazarda “Apple”dan olmayan təkcə bir əməliyyat sistemi üçün yer var. Bilirsinizmi, bunun dəyəri nə qədərdir? 400 milyard dollar. Bu vəsait “Google” şirkətindən “Microsoft” şirkətinə keçə bilərdi”.

Xatırladaq ki, “Android” əməliyyat sistemi ilkin olaraq eyniadlı şirkət tərəfindən hazırlanırdı. “Google” 2005-ci ildə onu 50 milyon dollara satın aldı.

“Google” internet-axtarış və reklam texnologiyalarına sərmayə yatıran, eləcə də onlayn servislərin və yüksək texnoloji məhsulların hazırlanması ilə məşğul olan korporasiyadır.

1975-ci ildə sahibkar B.Geyts və Pol Allen tərəfindən əsası qoyulan “Microsoft” müxtəlif qurğular üçün proqram təminatının istehsalı üzrə iri korporasiyadır.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
69 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...