Şirməmməd Hüseynovla vida mərasimi keçirilir

Şirməmməd Hüseynovla vida mərasimi keçirilir

Bakı Dövlət Universitetində (BDU) Azərbaycanın görkəmli alimi və mətbuat tədqiqatçısı, Ali Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, BDU-nun Mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professoru Şirməmməd Hüseynovla vida mərasimi keçirilir.

Oxu.Az xəbər verir ki, vida mərasimi universitetin əsas binasındakı akt zalında təşkil olunub.

Bu münasibətlə təhsil ocağının akt zalına Təhsil Nazirliyi, Mədəniyyət və İncəsənət Universiteti və BDU-nun kollektivi adından əklillər və gül çələngləri düzülüb.

Mərasimdə BDU rəhbərliyi, Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov, ombudsman Elmira Süleymanova, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev, mədəniyyət nazirinin müavini Vaqif Əliyev, digər rəsmi şəxslər, alimin tələbələri, ictimaiyyət nümayəndələri və mərhumun ailə üzvləri iştirak edirlər.

Qeyd edək ki, vida mərasimi saat 13:00-dək davam edəcək. Mərasimdən sonra mərhumun nəşi torpağa tapşırılması üçün İkinci Fəxri xiyabana aparılacaq.

Xatırladaq ki, Ş.Hüseynov iyunun 24-də 95 yaşında vəfat edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
448 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...