"Bu il Azərbaycanda 424 kriminal qrup zərərsizləşdirilib" - Nazir

"Bu il Azərbaycanda 424 kriminal qrup zərərsizləşdirilib" -
Bu ilin 6 ayında mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində həyata keçirilənəməliyyat-axtarış tədbirləri ilə 424 kriminal qrup zərərsizləşdirilib.

“Report” xəbər verir ki, bunu Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Daxili İşlər Nazirliyində 2019-cu ilin 6 ayında cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan geniş kollegiya iclasında deyib.

Nazir bildirib ki, qanunsuz olaraq odlu silah saxlayan və daşıyan 65 nəfər cinayət məsuliyyətinə cəlb edilib, qeyri-leqal dövriyyədən bütövlükdə 810 kiloqram narkotik vasitə çıxarılıb və 74 tona yaxın narkotik xassəli bitkinin aşkarlanaraq məhv edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
532 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...