Şəkidə bədbəxt hadisədə ölən qadın müəllimə imiş (FOTO)

Şəkidə bədbəxt hadisədə ölən qadın müəllimə imiş
Təhsil Nazirliyi Şəkidə baş verən bədbəxt hadisə zamanı ağır xəsarətlər alaraq dünyasını dəyişən Xatirə Ağamalıyevanın ailəsinə başsağlığı verib.

Trend-in məlumatına görə, dünyasını dəyişən qadın Gəncə şəhəri 26 nömrəli məktəb lisey kompleksinin müəllimi olub. Nazirliyin rəsmi səhifəsində deyilir:

"Təhsil Nazirliyinin rəhbərliyi və kollektivi Gəncə şəhəri 26 nömrəli məktəb lisey kompleksinin müəllimi Xatirə Ağamalıyevanın Şəkidə baş verən bədbəxt hadisə nəticəsində vəfat etməsindən kədərləndiyini bildirir, mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir.
Şəkidə bədbəxt hadisədə ölən qadın müəllimə imiş

Təhsil Nazirliyinin rəhbərliyi mərhumun ailəsinə yardım edilməsi ilə bağlı Gəncə Şəhər Təhsil İdarəsinin rəhbərliyinə tapşırıq verib".

Qeyd edək ki, Şəkidə baş verən bədbəxt hadisə zamanı ağır xəsarət alanlardan 1 nəfər dünyasını dəyişib. Xatirə Ağamalıyeva həkimlərin səyinə baxmayaraq Şəki MRX-da vəfat edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
474 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...