Çavuşoğlu meydan oxudu: Avropaya arxalanma, masaya otur!

Çavuşoğlu meydan oxudu:
Buna sanksiya demək məsələni çox ciddi qəbul etmək anlamına gəlir. Buna gərək yoxdur. Bizə təsir göstərəcək şeylər deyil.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu AB-nin Ankaraya qarşı tətbiq etdiyi sanksiyalara münasibət bildirərkən deyib.

“Hava nəqliyyatı danışıqları onsuz da Kipr tərəfinin təşəbbüsü ilə dayandırılmışdı. AB həmişə Mərkəzi Banka müdaxiləni tənqid edir, indi isə öz banklarına göstəriş verir. Anlaşılmaz bir həmrəylik anlayışı ilə Kipr və Yunanıstanın təzyiqilə bu cür bəsit qərarlar qəbul etdilər. Qəbul etdikləri qərarların tətbiqinin mümkün olmadığını özləri də bilir. AB-də 15 iyuldan sonra Türkiyəyə gəlmədikləri üçün peşman olduqlarını söyləyirlər. Bundan sonra Türkiyəyə qarşı bir qərar qəbul edilsə, fəaliyyətimizi artıracağıq. Orada 3 gəmimiz var, dördüncü gəmimizi də ən qısa müddətdə Aralıq dənizinin şərqinə göndərəcəyik. Kiprin türk xalqının haqqını zəmanət altına almadıqları müddətdə biz oradakı fəaliyyətlərimizi davam etdirəcəyik. Kipr də AB-yə arxalanmasın, türk tərəfi ilə masaya otursun”, - Çavuşoğlu bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
253 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...