7082 boşanma, 1238 əkiz, 36 üçəm... - 5 ayın statistikası

7082 boşanma, 1238 əkiz, 36 üçəm... -

Bu ilin 5 ayı ərzində Azərbaycanda qeydə alınan nikah və boşanma hallarının sayı açıqlanıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 23684 nikah və 7082 boşanma halları qeydə alınıb.

Eyni zamanda əhalinin hər 1000 nəfərinə ötən ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı 5,5-dən 5,8-ə, boşanmaların sayı isə 1,5-dən 1,7-yə qədər artıb.

Eyni zamanda bu ilin 5 ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 56 254 doğulan körpə qeydə alınıb.

Əhalinin hər 1000 nəfərinə bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyişməyərək eyni səviyyədə (13,7) qalıb.
Körpələrdən 1238-i əkiz, 36-sı isə üçəm doğulanlardır.
Bundan başqa, bu ilin yanvar-may aylarında ölkədə 24 690 ölüm halı qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,2-dən 6,0-a düşüb.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
44 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...