“Lukoyl”da qalmaqal, işçilər təhqir edildi - VİDEO

“Lukoyl”da qalmaqal, işçilər təhqir edildi -
Rusiyanın “Lukoyl” şirkətinin Özbəkistan ofisinin vəzifəli şəxsi özbək fəhlələri təhqir edib.

“Qafqazinfo”nun Özbəkistanın “Azadlıq” nəşrinə istinadən verdiyi xəbərə görə, hadisə Qaşqadərya vilayətindəki “Carkuduk” qaz kompleksində baş verib.

İşçilərin sözlərinə görə, hadisə iki həftə əvvəl olub, video komanda daxilində geniş yayılıb. İşçilər menecerin davranışından yerli məmurlara şikayət etsələr də, bu, heç bir nəticə verməyib. Belə ki, şirkət rəhbərliyi neftçilərdən videonu sosial şəbəkələrdə yaymayacaqları barədə ərizə götürüb. Lakin işçilər bundan qorxmayaraq həmin anın görüntülərini yayıblar.

Görüntülərdə baş energetikin rus dilində özbək işçilərdən birini hansısa səhvə görə danladığı, daha sonra çölə çıxıb digər işçilərə “qoyun sürüsü” deyərək onları təhqir etdiyi görünür.

“Gedin evlərinizə, q..., rədd olub gedin öz qışlaqlarınıza”,- deyə o, işçiləri təhqir edib.

Şirkətin Özbəkistandakı ofisi hadisəni təsdiqləyib. Bildirilib ki, təhqir edən şəxs İvan Aleksandroviç Şilovdur. O, Daşkəndə Rusiyanın Perm şəhərindən gəlib və “Lukoil Özbəkistan” əməliyyat şirkətinin baş energetikidir.

Qeyd edək ki, “Lukoyl” şirkətinin rəhbəri azərbaycanlı iş adamı Vahid Ələkbərovdur.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
324 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...